Güləşçilərimiz Saxa respublikasından 1 bürünc mükafatla qayıdıb

Saxa Respublikasının paytaxtı Yakutskda olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, bahadırlarımız yarışda 1 bürünc medal qazanıb.

Milli komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə Əfqan Xaşalov (55 kq), Pənah İlyaslı (66 kq) və Turxan Qurbanov (96 kq) mübarizə aparıb. Yığmamızın qazandığı bürünc medalı 55 kq çəki dərəcəsində yarışan Əfqan Xaşalov əldə edib.Olimpiya dərəcəli hakim Hicran Şərifov turnirdə Dünya Güləş Birliyinin nümayəndəsi kimi yarışların gedişinə nəzarət edib.

Həmin kateqoriyadan