Güləşçilərimiz təlim-məşqə başlayıblar, bütün çətinliklər yoluna qoyulur

21-26 avqustda Parisdə güləşçilərin dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda hər 3 millimiz mübarizə aparacaq.

Müəyyət çətinlik üzündən hazırlıq geciksə də, artıq hər şey yoluna qoyulub, komandalarımız təlim-məşq toplanışına başlayıblar. «Sərbəstlər»lə «klasskilər» paytaxtda, Güləş Olimpiya Mərkəzində bir ayara gəliblər. Qadınlarımız isə, adəti üzrə yenə Kiyevdə hazırlaşırlar.

Əldə etdiyimiz bilgiyə görə, komandalarda hər şey qaydasındadır, məvaciblər mərhələli şəkildə ödənilir; AGF gərginlik yaradan maraqlı qüvvələri aşkar etməklə məşğuldur. Bahadırlarımız yenə yüksək yerlərə iddialıdır, baş məşqçilər heyəti gələn həftə müyyənləşdirəcəklər.

Həmin kateqoriyadan