Güləşçilərimiz U-23 Avropa çempionatında

4-10 iyunda İstanbulda U-23 Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki,  yarışda 19-23 yaş arası güləşçilər çıxış edəcəklər. Rəqabətə ilk olaraq yunan-Romaçılar başlayacaqlar. Baş məşqçi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi ilə heyətdə Zaur Əliyev (55 kq), Murad Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Eltun Vəzirzadə (82 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyev (97 kq) yer alıblar.

Baş məşqçi Aslan Ağayevin rəhbərliyi ilə qızlarda ölkəmizi Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcəklər.

Baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayev sərbəst güləşçilərdə Əfqan Xaşalov (57 kq), Elçin Vəliyev (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Pənah İlyaslı (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) fürsət verəcəklər.

Görüşlərin idarə edilməsində bizdən 1-ci dərəcəli beynəlxalq hakim Natiq Hacıyev olacaq.

Həmin kateqoriyadan