Güləşçilərimizdən Tiflis qran-prisində 2 qızıl, 3 gümüş və 1 bürünc medal

Tiflisdə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə qran-pri başlayıb. Allsport.az saytı xəbər verir ki, 2-ci yarış günündə bəzi çəkilərdə qaliblər bilinib.

Sərbəst güləşdə Şamil Zubairov (92 kq) qızıl, Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Rəşad Yusifli (79 kq) bürünc medal qazanıblar.

Yunan-Romada Elman Muxtarov (63 kq) çempion olubsa, onun finalda məğlub etdiyi Murad Məmmədov, həmçinin İslambəy Dadov (72 kq) 2-ci yeri tutublar.

Həmin kateqoriyadan