Güləşçilərimizin rəqibləri bilinib

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatına start veriləcək. Allsport.az saytı xəbər verir ki, yarışın keçiriləcəyi “Laslo Papp” idman sarayında 4 çəkidə (61, 74, 86 və 125 kq) mübarizə aparacaq “sərbəstlər”in bu gün püşkatması olub. Milli üzvlərindən 2-si təsnifat, digər 2-si 1/16 final mərhələsindən mübarizəyə başlayacaq.
Görüşlər hər gün Bakı vaxtı ilə 12.30-da start götürəcək. Ayın 21-də saat 18:45-də dünya çempionatının açılışı olacaq.

61 kq
Təsnifat – Pərviz İbrahimov – Skott Şiller (CAN)

74 kq
1/16 final – Abubakr Abakarov – Hanok Raşamin (İSR)

86 kq
1/16 final – Murad Süleymanov – D.Kruqliyev (RUS)

125 kq
Təsnifat – Camaləddin Məhəmmədov – İ.Saoidau (BEL)

Həmin kateqoriyadan