Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

Allsport.az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib. 

Zaur startda böyüklər arasında son dünya çempionu Nuqzari Tsurtsumia ilə qarşılaşıb və əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Qazaxıstanlı rəqibini məğlub edən Əliyev yarımfinala yüksəlib.

Ancaq Rusiya güləşçisinə uduzduğu üçün təmsilçimiz bu gün bürünc medal görüşünə çıxıb. Erməni güləşçiylə prinsipial qarşılaşmadan qalib ayrılan Zaur dünya üçüncüsü olub.

Həmin kateqoriyadan