Güllə atıcılarımız “Unibank”ın dəstəyi ilə dünya çempionatına Qəbələdə hazırlaşır

Güllə atıcılığı üzrə paralimpiyaçılarımız Qəbələyə toplaşıblar. Allsport.az saytı xəbər verir ki, ayın 21-dən bir araya gələn komanda sentyabrın 3-nədək orda qalacaq.

Bu təlim-məşq oktyabrda Avstraliyanın Sidney şəhərində dünya çempionatına hazırlıqdır. Yarış Tokio-2020-yə birbaşa lisenziya verir.

Qeyd edək ki, “Unibank” 2017-ci ildən başlayaraq güllə atıcılığı paralimpiya millisinə dəstək verir. Qəbələ toplanısı da onların maliyyə dəstəyi ilədir.

Həmin kateqoriyadan