Güllə atıcılımızın Rio oyunlarında ilk cəhdi

Bu gün Rio-2016-da güllə atıcılığına start veriləcək. Allsport.az saytı xəbər verir ki, 2-ci oyun bu növdə yeganə həmyerlimiz Ruslan Lunyov pnevmatik tapançadan 10 metrə atəşdə dəqiqliyini yoxlayacaq. Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Əgər o, finala yüksələrsə, həlledici mərhələnin startı 22:30-da veriləcək. O, avqustun 12-də 25 m məsafəyə atəşaçma yarışında da iştirak edəcək.

Həmin kateqoriyadan