- Baxış sayı: 30
- 19 Aprel 2024 23:25
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
İran çempionatında 15-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Malavan”la “Göstəriş” də növbəti matçına çıxıb.
Xatırladaq ki, ilk oyun günündə Təbrizin “Traktorsazi” klubu səfərdə “İstiqlal Ahvaz”la qarşılaşmış və 2:0 hesablı qələbəyə sevinmişdi. Amma Güney Azərbaycanın elitadakı digər iki təmsilçisi bu uğuru təkrarlaya bilməyib. Təbrizin digər təmsilçisi “Göstəriş” doğma meydanda “Fulad Xuzistan”la 1:1 hesablı heç-heçəyə razılaşıb. Ənzəlinin “Malavan” klubu isə evdə “Siah Jamegan”ın müqavimətini qıra bilməyib – 0:0.
Qeyd edək ki, bu nəticələrdən sonra “Traktorsazi” 22 xalla 7-ci pillədə qərarlaşıb. “Göstəriş” 21 xalla 9-cudur. “Malavan” isə 17 xal toplayıb və 11-ci sırada yer alır.