Güney Azərbaycan klublarından sevinən olmadı

İran Premyerliqasında 7-cı turun görüşləri keçirilib. Allsport.az xəbər verir ki, Təbrizin «Traktorsazi» klubu evdə «Persepolis»lə (Tehran) qarşılaşıb. «Ağ-qırmızılar» göznəlinmədən matçı uduzublar – 0:1.

Digər Təbriz təmsilçisi «Göstəriş» bu gün səfərdə «İstiqlal AXV» klubu ilə oynayacaq. Başqa güney Azərbaycan komandası «Malavan» Ənzəlidə Məşhəd «Padideh»i ilə qolsuz heç-heçə edib.

Hazırda «Malavan» 16 klub arasında 11 xalla 5-ci, “Göstəriş” 8 xalla 9-cu, “Traktorsazi” 7 xalla 10-cu yerdədir.

Həmin kateqoriyadan