Güney Azərbaycan klublarından yalnız “Malavan” gülən tərəf oldu

İran Premyer Liqasında 27-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, Güney Azərbaycanı təmsil edən klublar növbəti oyuna çıxıblar.

Odlar yurdunun da sevimlisi olan “Traktor-Sazi” səfərdə “Sia Cameqan”la görüşüb. Hesabı “ağ-qırmızılar” açıb. Amma Təbriz komandası üstünlüyünü qoruya bilməyib. Matçın sonlarında buraxdığı 2 qol Xorasan təmsilçisinə qələbə gətirib. Bu şəhərin digər təmsilçisi “Göstəriş” evdə Xuzestan “İstiqlal”ı ilə heç-heçə edib – 0:0.

Güney Azərbaycanı Arazın o tayinda təmsil edən Ənzəlinin “Malavan” kollektivi “Saypa”nı 3:2 hesabı ilə üstələyərək, aşagı dəstəyə düşməmək imkanını hələ də saxlayıb.

Hazırda “Traktorsazi” 42 xalla hazırda 4-cü pillədə qərarlaşıb. “Göstəriş” 38 xalla 7-ci, “Malavan” isə 26 xalla 13-cüdür.

Həmin kateqoriyadan