Gürcü “Zirvə”çi Kiprdə 7-ci oldu

Kiprin Limassol şəhərində gənc ağırlıqqaldıranlar arasında Avropa çempionatı sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, ötən gün körpücük üzərinə gürcüstan idmançısı Tornike Todadze çıxıb. O, avqustda Xırdalanda keçirilmiz “Zirvə”çilərin ilk dünya çempionatının iştirakçısıdır. Həmin yarışda o, yaşı 20-yə qədər olan atletlərin mübarizəsində 4-cü olmuşdu.

Avropa çempionatında 69 kq çəki dərəcəsində yarışan Todadze, orada da eyni nəticəni göstərib. Tornike birdən qaldırma hərəkətində 131 kq-la 4-cü, təkanla qaldırmada isə 153 kq-la 7-ci olub. Toplamda 284 kq (131+153) nəticə göstərən gürcü idmançı Avropa çempionatında 4-cü pilləyə sahib çıxıb.

Həmin kateqoriyadan