Gürcüstanda çıxış edən legionçumuz: Vətən üçün canınımdan keçməyə hazıram!

Ölkəmizin bir qisim yüksək titullu idmançıları əsgər geyimdə cəbhə bölgəsinə gedərək, hərbçilərimizə dəstək nümayiş etdiriblər. Allsport.az saytı xəbər verir ki, bu hərəkata ölkə xaricində legionçu həyatı yaşayanlar da qoşulublar.

Gürcüstanın basketbol üzrə Superliqasında «Kutaisi»nin şərəfini qoruyan Zaur Paşayev, hər gün ordumuzla bağlı xəbərləri internetdən izlədiyini deyib. O, saytımıza açıqlamasında bildirib ki, Vətən üçün canından keçməyə hazırdır:

«Burada çox narahatam. Əsgərlərimizin düşmənə layiq cavab verməsində sevinirəm. Onlara hər gün dua edirəm. Az qalıb, inşallah, torpaqlarımızı geri qaytaracağıq. Bu qələbədə bir əsgər kimi mən də iştirakçı olmağa hazıram».

Həmin kateqoriyadan