Gürcüstanın olimpiya mükafatçıları çempion güləşçilərimizlə birgə hazırlıqda

Sərbəst güləş üzrə yığma komandamız qarşıdan gələn yarışlarda iştirak etmək məqsədilə təlim-məşq toplanışlarını Olimpiya Güləş Mərkəzində davam etdirir. Allsport.az saytı xəbər verir ki, millinin baş məşqçisi Saypulla Absəidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi ilə komandanın bütün üzvləri hazırlıqda iştirak edir. Bu gündən etibarən isə, Gürcüstanın sərbəst güləşçiləri yığmamızla birgə təlim-məşq toplanışına qoşulublar.

16 idmançı ilə təlim-məşq toplanışına qatılan Gürcüstan yığmasının heyətində London Olimpiadasının gümüş mükafatçıları Vladimer Xinçeqaşvili (57 kq) və David Modzmanaşvili (125 kq) də var. Birgə təlim-məşq toplanışı martın 28-dək davam edəcək.

Məlumat üçün bildirək ki, sərbəst güləşçilərimiz aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində keçiriləcək Dünya Kubokunda mübarizə aparacaq.

Həmin kateqoriyadan