Həbiblə Konor arasında döyüş UFC tarixində yeni rekord müəyyənləşib

Oktyabrın 7-də ABŞ-ın Las-Veqas şəhərində UFC versiyasında dağıstanlı Həbib Nurməhəmmədov ilə irlandiyalı Konor Makqreqor arasında keçirilən döyüşün ödənişli yayım satışı bu yarışın tarixində rekord olub. Allsport.az saytı xəbər verir ki, yayım hüququ 2,4 milyon dollara satılıb. Buna qədər ən yüksək məbləğ 2016-cı il avqustun 20-də 1,5 milyon dollar təşkil edib. Həmin turnirin əsas döyüşü Konor Makqreqor ilə amerikalı Neyt Dias arasında olub.

Xatırladaq ki, qalmaqallı görüş dağıstanlı idmançının 4-cü raundda rəqibini boğaraq təslim etməsi ilə yekunlaşıb. Bu qələbə sayəsində Həbibə UFC-nin yeni reytinq siyahısında 6-dan 2-ci yerə yüksəldib. Konor isə 2-cidən 8-ci pilləyə düşüb.

Həmin kateqoriyadan