“Həm fiziki, həm psixoloji yorğunluq hiss olunur”

“Qarabağ”ın baş məşqçi Qurban Qurbanovun premyer liqanın 6-cı turunda “Sumqayıt”la oyundan sonra mətbuat konfransı keçirildi. Allsport.az saytı xəbər verir ki, o, 2:0 qalib gəldikləri görüşlə bağlı bunu dedi:

“Futbolçularımı təbrik edirəm. Ağır qrafikdəyik. Futbolçuları oyuna maksimum motivasiya etmək çətindi. Həm fiziki, həm psixoloji yorğunluq hiss olunur. Səhvlər var, amma komanda meydana qələbə üçün çıxır və buna hazırlaşır.

Komandada yorğunluq hiss etdik. Amma bunu normal qəbul edirəm. Ağır dövrdü, diqqətli olmalıyıq. Belə sıx qrafik istər-istəməz problemlərə gətirib çıxarır. “Düdelanj”la oyuna qədər bir neçə günümüz var. Çalışacağıq ki, bütün futbolçuları normal səviyyəyə gətirək”.

Həmin kateqoriyadan