Həmkarlarımız “Neftçi”də vəzifə başına keçiblər

“Neftçi” növbəti mövsümə tam fərqli simada başlayacaq. Bakı klubu ciddi islahatlar apararaq, kadr seçimi aparır. Allsport.az saytı xəbər verir ki, rəhbərlik heyətin müəyyənləşdirilməsini ləngidərək, hələlik digər məsələləri yoluna qoyur.

Bir neçə gün əvvəl bir neçə şəxs işdən çıxarılıb. Onların arasında veteran futbolçu Səmədağa Şıxlarov və aşağı yaş qrupundan olan komandaların inzibatçıları da var. Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov isə daha öncə istefaya göndərilmişdi.

Yeni kadrlar iyunun 1-dən işə başlayacaq. AzAL-ın sabiq meneceri Eldəniz Yusifov uşaq komandalarının koordinatoru kimi işə başlayacaq. Digərəmkarımız isə mətbuat xidmətində çalışacaq. Bu, Rüstəm Əfsərlidir.

Həmin kateqoriyadan