- Baxış sayı: 34
- 23 Aprel 2024 22:00
- Baxış sayı: 29
- Aprel 23, 2024
- 0
Azərbaycan millisində oynamaq hüququna yiyələnən Renat Dadaşov yeni klubu “Ayntraxt U-19”da qol hesabını açıb. Allsport.az saytı xəbər verir ki, o, debüt matçında fərqlənib.
Həmvətənimizin komandası gənclər liqasının cənub zonasının çempionatında “İnqolştadt”la qarşılaşıb, yekunda qalib gəlib – 3:0. 18 yaşlı hücumçu start heyətində yer alıb və “qartallar”ın 2-ci qolunu vurub.