VİDEO
Həmvətənimiz karateçilər arasında İsraildə çempion oldu

Dünən karate üzrə İsrail çempionatı başa çatıb. “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasından AzərTAc-a verilən məlumata görə, 8-10 yaşlı idmançılar arasında Dərya Bayramova qızıl medal qazanıb.

Allsport.az saytı xəbər verir ki, 2006-cı ildə anadan olmuş həmvətənimizin valideynləri əslən Azərbaycandandır. Hələ çox gənc olmasına və idmanın bu növü ilə məşğul olmağa təxminən iki il bundan əvvəl başlamasına baxmayaraq, idman karyerası ərzində bürünc və gümüş medallar qazanıb.

Dekabrın 19-da Dəryanın idman mükafatları “kolleksiyasına” qızıl medal da əlavə olunub. Qeyd edək ki, gənc çempionun babası Vahid Bayramov “Azİz” Assosiasiyasının Azərbaycandakı nümayəndəsidir .

 

Həmin kateqoriyadan