Həmyerlilərimizin komandası səfərdə uduzdu

Latviya çempionatında 6-cı turun oyunları baş tutub. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun çıxış etdikləri “Dauqava” səfərdə “Yelqava” ilə qarşılaşıb.

Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb – 1:3. Bu oyunda Orxan start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. Mirabdulla isə matçın iştirak ərizəsində yer almayıb.

6 turdan sonra 3 xala malik olan “Dauqava” 8 klub arasında sonuncu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan