Həmyerlimiz ABŞ-in Tələbələr liqasının atletika yarışında fərqlənib

Texas universitetində atletika üzrə ABŞ-dakı Tələbələrin liqası keçirilib. Allsport.az saytı xəbər verir ki, bu yarışda əksər təhsil ocaqlarının tələbələri mübarizə aparıb.

Turnirdə Miçiqan universitetində təhsil alan azərbaycanlı Ələsgər Məmmədov da iştirak edib. Hündürlüyə tullanmada həmyerlimiz 2.05 m nəticəylə 3-cü yeri tutub. Yarışın qalibi adını 2.16 m nəticəylə Çarles Austin qazanıb.

Həmin kateqoriyadan