Həmyerlimiz antidopinq konvensiyasının məsləhət qrupuna rəhbər seçilib

Azərbaycan daim idmanda sağlam rəqabətin aparılması, idmançıların dopinq preparatlarından istifadəsinin qarşısının alınması, idmanın inkişafı məqsədi ilə yeni qanunların işlənib hazırlanması və bu kimi önəmli addımlarda ön sıralarda gedib. Allsport.az saytı xəbər verir ki, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan respublikasının qanunu, ümumdünya antidopinq agentliyinin iclasının Bakı şəhərində keçirilməsi və digər mühüm layihələr qeyd edilənlərin bariz nümunəsidir.

Məhz bu düzgün siyasətin nəticəsi olaraq, gənclər və idman nazirliyinin sektor müdiri Məryəm Qafarzadə 25 oktyabrda Strasburqda Avropa şurasında keçirilən antidopinq konvesiyasının 51-ci monitorinq qrupunun iclacında iştirakçı 27 ölkənin səsverməsi nəticəsində, yekdilliklə  həmin Konvensiyaya uyğunluq üzrə məsləhət qrupunun rəhbəri vəzfəsinə seçilib.

Avropa şurasına üzv dövlətlərin konvesiyaya uyğunluğunun müəyyən edilməsi, uyğunluğun monitorinqinin təmin edilməsi, nəticələrin monitoriq komitəsinə təqdimatı, konvensiyanın tətbiqində ölkələrə yardımın göstərilməsi həmyerlimizin əsas iş istiqamətlərindən olacaq.

Qeyd edək ki, Məryəm xanım 8 il ərzində Avropa şurasında beynəlxalq layihələrin rəhbəri vəzifəsində çalışıb.

Həmin kateqoriyadan