Həmyerlimiz Çempionlar Liqasında “Vəqfbank” – “Drezdner” görüşünün 2-ci hakimi olacaq

Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası tərəfindən yeni təyinat alıb.

Allsport.az saytı xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Əliyev qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsinin 3-cü turunda “Vəqfbank” (Türkiyə) – “Drezdner” (Almaniya) görüşünün 2-ci hakimi olacaq.

Görüşə baş hakim kimi fransalı Lois Quest təyinat alıb. Oyun yanvarın 25-də İstanbulda təşkil olunacaq.

Həmin kateqoriyadan