Həmyerlimiz İraqın boks üzrə milli komandalarına baş məşqçi təyin olunub

Gənc boks mütəxəssisi Cavid Tağıyevə İraqda yüksək etimad göstəriblər. Allsport.az saytı xəbər verir ki, o, bu olkənin milli komandalarının baş məşqçisi təyin olunub.

Həmyerlimizlə 1+4 illik müqavilə bağlanılıb. Cavid Tağıyev Afina-2004 olimpiadasının iştirakçısıdır. O, həmin il Xorvatiyanın Pula şəhərində keçirilmiş Avropa çempionatında 3-cü yer tutub.

Mütəxəssislə geniş müsahibəni oxuculara təqdim edəcəyik.

Həmin kateqoriyadan