Həmyerlimiz Latviya çempionatında yenə fərqləndi

Latviya birinci liqasında 14-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası – “Olayne/Super Nova” səfərdə liderin əsas izləyicisi “Rezekne/BJSS” ilə qarşılaşıb.

Matç futbolçularımızın komandasının minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Vüqar start heyətdə başladığı matçın sonunadək meydanda olubsa, Orxan 46-cı dəqiqədənə mübarizəyə qoşulub. Matçdakı yeganə qolun da müəllifi komandasının bombardiri Vüqar olub. O, 75-ci dəqiqədə fərqlənməklə komandasına vacib 3 xal qazandırıb.

Bu, Əsgərovun cari mövsümdə vurduğu 19-cu qoldur. Həsənəliyev isə geridə qalan turlarda 6 qol vurub. 25 xal toplayan “Olayne” 15 klub arasında 5-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan