Həmyerlimiz Latviyada ilin futbolçusu seçilib

Azərbaycanlı hücumçu Vüqar Əsgərov Latviyada ilin futbolçusu seçilib. Allsport.az saytı xəbər verir ki, bu barədə azerisport.az-a təcrübəli forvard özü məlumat verib.

O, klub məşqçiləri, mətbuat və Latviya Futbol Federasiyası nümayəndələri arasında aparılan sorğuda mövsümün ən yaxşısı seçilib.

Son mövsümü “Olayne” klubunda keçirən həmyerlimiz, 40 qol vurmaqla yanaşı, həm də 1-ci divizionun simvolik heyətinə düşüb.

Həmin kateqoriyadan