Həmyerlimizin son 2 yarışda hakimliyi Dünya Güləş Birliyi tərəfindən yüksək qiymətləndirilib

Bu günlərdə Rumıniyanın paytaxtı Buxarestdə U-23 dünya çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda görüşü idarə edənlər sırasında İ-S dərəcəli hakim İntiqam Alıyev də yer alıb.

Həmyerlimizin fəaliyyəti Dünya Güləş Birliyi tərəfindən yüksək qiymətləndirilib. Ona etimad elə yüksək olub ki, o, dünya çempionatı boyu fasiləsiz çalışıb və əsasən xalçaya rəhbərlik edib.

İntiqam Alıyev Macarıstan paytaxtı Budapeştdə ustalar arasında planetin ən güclülərinin mübarizəsində də 4 gün iş başında olub. Onun ordakı fəaliyyəti də bəyənilib.

Həmin kateqoriyadan