Həmyerlimizin fotoları nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb

Serbiyada keçirilən “ACRUVIUM CIRCUIT 2018” beynəlxalq müsabiqəsində həmyerlimiz İlqar Cəfərov Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) qızıl medalına layiq görülüb. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının fotomüsabiqəsində dünyanın 51 ölkəsindən 212 nəfər iştirak edib.

Azərtac.az-ın fotomüxbirinin Rio-2016 oyunlarında çəkdiyi “Ağırlıqqaldıran qızın emosiyaları” fotoşəkli PSA-nın qızıl medalına layiq görülüb. Elə həmin müsabiqədə müəllifin “Cüdoçular” adlı digər fotoşəkli “Salon Honorable Mention” fotosalonunun fəxri lentində yer alıb. Bu fotoşəkil Bakı-2015 1-ci Avropa oyunlarında çəkilib.

İlqar Cəfərovun “Gələcəkdən xəbər verən” adlı daha bir fotoşəkli FIAP tərəfindən Serbiyada keçirilən “BEAUTY 2018” beynəlxalq fotomüsabiqəsində “SALON praise” fotosalonunun mükafatını qazanıb.

Həmin kateqoriyadan