Həmyerlimizin komandası «Beşikdaş»a məğlub oldu

Bu gün kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçusu Oleq Georgiyevskinin formasını geyindiyi «Trabzonspor» klubu Türkiyə Super Liqasında növbəti matça çıxıb.

Allsport.az saytı xəbər verir ki, 13-cü turda qaradənizlilər doğma divarlar arasında «Beşikdaş»a qarşılaşıb. Bu oyunda üstün çıxış edən İstanbul komandası 35:21 hesabı ilə qalib gəlib.

Son məğlubiyyətlər «bordo-mavililər»in yarış cədvəlində mövqeyinə təsir edib. Hazırda «Trabzonspor» 10 xalla 10-cudur.

Həmin kateqoriyadan