Həmzəzadə Aktauda qızıl medal qazandı

Aktau şəhərində Qazaxıstan xalqları Assambleyasının 20 illiyinə, Azərbaycanın və Qazaxıstanın əməkdar məşqçisi Məhəmməd Rəsulovun xatirəsinə həsr olunan sərbəst güləş üzrə 5-ci beynəlxalq turnir keçirilib.

Allsport.az xəbər verir ki, bu ölkədə yaşayan xalqlar arasında birliyin qorunması, sağlam həyat tərzinin təbliği, sərbəst güləş üzrə idman növünün populyarlaşdırılması və qonşu ölkələrin idman sahəsində əlaqələrinin inkişaf etdirilməsi məqsədilə keçirilən turnirdə Azərbaycan, Qazaxıstan, Rusiya, İran, Özbəkistan, Türkmənistandan 16 komanda, ümumilikdə 260 idmançı iştirak edib.

Azərbaycanı turnirdə ölkəmizin Aktaudakı baş konsulluğu və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sərbəst güləş üzrə əməkdar məşqçi Rövşən Süleymanovun rəhbərliyi ilə Sumqayıt şəhər idman məktəbinin idmançıları təmsil ediblər. Xatırladaq ki, Aktau və Sumqayıt qardaşlaşmış şəhərlərdir.

Turnirdə idmançılarımız – 53 kq çəki dərəcəsində Səbinə Həmzəzadə 1-ci, 60 kq çəki dərəcəsində Tural Əhmədli 3-cü, Fəqan Əzizov isə 5-ci yeri tutublar.

Həmin kateqoriyadan