Həndbol federasiyası loqotipini dəyişib

Həndbol federasiyası loqotipini yeniləyib. Allsport.az saytı xəbər verir ki, rəmzdə bundan sonra ay və ulduz əks olunan formada deyil, alov şəklində olacaq. Üzərində həndbolçu silüeti olan top federasiyanın həndbol idmanına aid olmağını vurğulayır.

Topu bürüyən alov loqotipi daha əzəmətli göstərir. Yeni loqotipdə Azərbaycanın dövlət bayrağının rənglərinin əks olunması milli dəyərlərə bağlılığın simvoludur. Loqotipin təqdimatı federasiyanın yaxın günlərdə köçəcəyi “SDN” Biznes Mərkəzində planlaşdırılır.

Həmin kateqoriyadan