Həndbol federasiyası Rəfiqə Şabanovanı 75-illik yubileyi münasibətilə təbrik edib

Bu gün olimpiya çempionu Rəfiqə Şabanovanın 75 yaşı tamam olur. Allsport.az saytı xəbər verir ki, bu münasibətlə “ABU-Arena”da tədbir keçirilib. Yubilyarı həndbol federasiyasının prezidenti Saleh Məmmmədovun adından vitse-prezident Orxan Abbasov və baş katib Yusif Atakişiyev təbrik ediblər. Ona can sağlığı və bundan sonra da işlərində uğurlar arzulayıblar.

Rəfiqə Şabanova 1943-cü ildə Bakıda anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. Monreal-1976-da olimpiya çempionluğunu qazanıb. Bundan savayı, SSRİ çempionatının gümüş (1970-74, 1976-77), bürünc (1965, 1978, 1980, 1982-1984), SSRİ xalqları spartakiadasının gümüş (1974) və bürünc mükafatçısıdır (1975-1979). Bakının “Avtomobilçi” klubu ilə EHF kubokuna yiyələnib (1983).

Həmin kateqoriyadan