Həndbol hakimlərimiz yeni təyinat alıb

Azərbaycanlı hakimlər Avropa Həndbol Federasiyası tərəfindən yeni təyinat alıblar. Allsport.az saytı xəbər verir ki, kişilərin EHF kubokunun “C” qrup mərhələsində “Grundfos Tatabanya KC” (Macarıstan) – “Maccabi Castro Tel-Aviv” (İsrail) oyununun referiləri Vaqif Əliyev və Ələkbər Ağakişiyev olacaqlar.

Matçın EHF nümayəndəsi Nemojsa Vujisicdir. Görüş fevralın 8-də Macarıstanın Gior şəhərində təşkil olunacaq.

Həmin kateqoriyadan