Həndbol klublarımız harada hazırlaşır?

Həndbol klublarımız iyulun 15-də tətildən qayıdaraq məşqlərə başlayıblar. Allsport.az saytı xəbər verir ki, hazırlıq fiziki çalışmaların üzərində qurulub. Təmrinlər öncə AzDBTİA-nın stadionunda yerinə yetirilib.

Avqustun 1-də qadınlardan ibarət “Azərsu” və “Azəryol” komandaları toplanış üçün Mingəçevirə yolanıblar. “Kür” olimpiya idman mərkəzində 12 gün ərzində keçiriləcək təlim-məşqfə məqsəd avrokuboklara və 26-cı Azərbaycan çempionatına hazırlıqdır.

Avrokuboklardakı digər təmsilçimiz kişi həndbolçulardan ibarət “Bakı” kollektivi də şalışmaya start verib.

Həmin kateqoriyadan