Həndbol millimizin Avropa çempionatının ələməsində rəqibləri bilinib

Kişi həndbolçuların 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, sentyabrın 28-də Vyanada keçirilən mərasimin nəticəsinə əsasən, “B” qrupunda Azərbaycan seçməsi Kipr, Gürcüstan və Malta kollektivləri ilə qarşılaşacaq.
“A”-da isə Lüksemburq, Böyük Britaniya, İrlandiya və Bolqarıstan komandaları mübarizə aparacaqlar.

Handball.az -ın məlumatına görə, millinin yer aldığı qrupun görüşləri Maltada təşkil olunacaq. 2019-cu il yanvarın 11-də Kiprlə qarşılaşacaq həndbolçularımız yanvarın 12-də Gürcüstanla, 13-də isə Malta ilə üz-üzə gələcəklər. Qarşılaşmalar Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçiriləcək.

Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan