Həndbol üzrə 26-cı ölkə çempionatının açılışı oldu

Bu gün “ABU arena”da həndbol üzrə 26-cı ölkə çempionatının açılışı oldu. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən AHF-nin vitse-prezidenti Orxan Abbasov, federasiya rəhbəri Saleh Məmmədovun salamlarını yarış iştirakçılarına çatdırdı.

Orxan Abbasov yeni mövsümün də gərgin və maraqlı mübarizə şəraitində keçəcəyinə əminlik ifadə etdi, Gürcüstanın “Olimpiya” komandasının çempionata xüsusi rəng qatacağını bildirdi. Dövlət himni səsləndirkən sonra, o, ölkə çempionatını rəsmən açıq elan etdi.

Xatırladaq ki, kişilərdə “Bakı”, “Məhsul”, “Təhsil”, U-16; qadınlarda “Azərsu”, “Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Gənclərbirliyi” və “Olimpiya” (Tiflis, Gürcüstan) klubları mübarizə aparır.

 

Həmin kateqoriyadan