Həndbolçumuz Türkiyə çempionu olacaqmı?

Qadın həndbolçuların Türkiyə Superliqasında ilk mərhələ başa çatıb. Allsport.az saytı xəbər verir ki, milli komandamızın mərkəz həndbolçusu Marina Tankatskayanın çıxış etdiyi «Ankara Yeniməhəllə Bələdiyyəsi» 18 oyundan (15 qələbə və 3 heç-heçə) 33 xal toplayaraq, yarış cədvəlini 1-ci pillədə bitirib.

Pley-off mərhələsində paytaxtlılar 1-ci qrupda yer alıblar. «Kastamonu» və «Üsküdar» klublarını ilə müvafiq olaraq 35:35, 44:28 oynayan «göylər», aprelin 24-də səfərdə məğlub olduğu kollektiv ilə, 3 gün sonra isə doğma divarlar arasında yenə «Üsküdar»la görüşəcək.

«Kastamonu»nun qrupda 2 qələbəsinə rəğmən (15,2 xal), həndbollçumuzun komandası 19 xalla liderdir. Paytaxtlılara ilkin mərhələdə qazandığı qələbələrdən topladığı əmsallar kömək edir. «Üsküdar»ın hesabında 8,3 xal var.

Həmin kateqoriyadan