Həndbolçumuzun komandası EHF kubokunun 1/4 finalında «Kuban»la qarşılaşacaq

Millimizin qapıçısı Valentina Salamahanın çıxış etdiyi «Bietiqheym» klubu qadın həndbolçuların EHF kubokunun «C» qrupunda 2-ci yer tutaraq, növbəti mərhələyə yüksəlib. Allsport.az saytı xəbər verir ki, almanlar 1/4 finalda Rusiyanın «Kuban» komandası ilə qarşılaşacaqlar.

İlk matç martın 5-də evdə, cavab oyunu 1 həftə sonrə səfərdə keçiriləcək. Qeyd edək ki, «Bietiqheym» Bundesliqada itkisiz irəliləyərək, yarış cədvəlində öncüllüyünü qoruyur.

Həmin kateqoriyadan