Həndbolçumuzun komandası EHF kubokunun qrup mərhələsində «Rostov»a yenilib

Millimizin qapıçısı Valentina Salamahanın çıxış etdiyi «Bietiqheym» klubu qadın həndbolçuların EHF kubokunun «C» qrupunda növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, almanlar evdə Rusiyaının «Rostov» komandasını qəbul edib.

Bundesliqanın lideri rəqibinəi 3 top fərqi ilə uduzub – 20:23 (11:13). Bu görüşdə Valentina Salamaha 2-ci qapıçı olub. Bu qrupun digər matçında Norveç «Byasen»i evdə Macarıstanın «Erd» klubunu 35:28 hesabı ilə üstələyib.

Hazırda «Bietiqheym»in 2 xalı var və yarış cədvəlində 3-4-cü yerləri bölüşdürür.

Həmin kateqoriyadan