Həndbolçumuzun komandası “Üsküdar”ı 12 top fərqi ilə üstələyib

Qadınlardan ibarət milli komandamızın mərkəz həndbolçusu Marina Tankaskayanın Türkiyə Superliqasında forma geyindiyi «Ankara Yeniməhəllə Bələdiyyəsi» 13-cü turda “Üsküdar”la qarşılaşıb.

Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə paytaxtlılar İstanbul təmsilçisinə 12 top fərqi ilə qalib gəliblər (37:25). «Ankara YB» 13 qələbə ilə çempionatda yeganə naməğlub komanda olaraq qalır.

Həmin kateqoriyadan