Hər 2 baş məşqçi final öncəsi danışıb

Bu gün Azərbaycan kubokunun finalı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mövsümün son oyununda “Keşlə” və “Qəbələ” komandaları üz-üzə gələcəklər. Görüşdən öncə hər 2 klubun baş məşqçisi açıqlama verib.

Yuri Maksimov (“Keşlə”): “Əlbəttə, kubok oyununda oynamaq “Keşlə” futbolçuları üçün böyük sevincdi. Xüsusilə də Azərbaycan Respublikasının 100 illiyinin qeyd olunduğu gündə final oyununda iştirak etmək ikiqat sevinclidi. Təbii ki, azarkeşlər maraqlı oyun izləyəcəklər. Müsbət nəticə əldə etmək üçün çalışacağıq”.

Roman Qriqorçuk (“Qəbələ”): “Final adı ozü artıq hər şeyi deyir. Biz bu oyunu səbirsizliklə gözləyirik. Çünki bu oyun bizim üçün, klubumuz üçün çox böyük əhəmiyyət daşıyır. Tarixi əhəmiyyət. Çünki “Qəbələ” üçün ilk trofey əldə edə bilərik”.

Xatırladaq ki, final görüşü Qəbələ şəhər stadionunda saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan