Hər 2 futbolçumuz oynadı, “Şahmatlı bəbirlər” uduzdu

Portuqaliya Premyer-liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular Kamran Ağayevlə Emin Mahmudovun formasını geyindikləri “Boavişta” səfərdə “Pasuş de Ferreyra” ilə görüşüb.

Futbolçularımızın komandası bu matçdan məğlub ayrılıb (1:2). Qapıçımız yenə start heyətdə meydana çıxıb və 90 dəqiqə çərçivəni qoruyub.

Emin Mahmudov 57-ci dəqiqədə mübarizəyə qoşulub. “Şahmatlı bəbirlər” hazırda 13 xalla yarış 13-cü sırasındadır.

Həmin kateqoriyadan