Hər 2 milli oyunçumuzun klubu Türkiyə Basketbol Liqasında uduzdu

Türkiyə Basketbol Liqasında 22-ci turun matçları keçirilib. Allsport.az saytı xəbər verir ki, hesabat turunda milli komandamızın üzvləri öz komandalarında növbəti oyuna çıxıblar.

Çarlz Edvard Deyvisin çıxış etdiyi «Banvid» klubu səfərdə «Əskişəhərspor»la qarşılaşıb. Anadolu Universiteti İdman Zalında ğaş tutan görüşdə ev sahibi 89:81 hesabı ilə qalib gəlib.

Bu mübarizədə basketbolçumuz 10 xal yığıb, 3 ötürmə və 8 götürmə edib. Balışəhər təmsilçisi yarış cədvəlində 34 xalla 6-cı sırada qərarlaşıb.

Orxan Aydının formasını geyindiyi «Muradbəy Uşaq Sportiv» səfərdə «Konyaspor»la üz-üzə gəlib. Bu matçda basketbola nadir rastlanan hesab qeydə alınıb: 47:37.

Az məhsuldar keçən oyunda həmyerlimiz 2 xal qazanıb, 1 ötürmə və 3 ribaund edib. «Uşaq Sportiv» 29 xalla 13-cüdür.

Həmin kateqoriyadan