Hər 3 güləş millimiz dünya çempionatına ən optimal heyətlə yollanır

20-28 oktyabrda Macarıstan paytaxtı Budapeştdə dünya çempionatında iştirak edəcək güləşçilərmizin adları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, ilk olaraq rəqabətə “sərbəstlər” (20-23) başlayacaqlar. Baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin heyətə Georgi Edişeraşvili (57 kq), Pərviz İbrahimov (61 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (70 kq), Əbubəkr Abakarov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Aslanbəy Alborov (97 kq) və Camaləddin Məhəmmədovu (125 kq) daxil ediblər.

Ayın 22-dən 25-dək xalça üzərinə qadınlar çıxacaqlar. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun yarışda Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyevaya (76 kq) fürsət verəcəklər.

Oktyabrın son günlərində (25-28) meydan yunan-Roma güləşçilərə veriləcək. Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi ilə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) uğur qazanmağa çalışacaq.

Hakimlər briqadasında İ-S dərəcəlilər Hicran Şərifov və İntiqam Alıyev, eləcə də 1-ci kateqoriyalı referi Asif Şirəliyev yer alacaqlar.

Həmin kateqoriyadan