“Hər kəs “Alanyaspor”la böyük hesablı məğlubiyyətdən sonra necə oynayacağımızı gözləyirdi“

“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Türkiyədə yerli “Yeni Malatyaspor” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Allsport.az saytı verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri görüş barədə bunu deyib:

“Hər kəs “Alanyaspor”la böyük hesablı məğlubiyyətdən sonra komandanın necə oynayacağını gözləyirdi. Uşaqları təbrik edirəm. Onlara əhsən düşür.

Təlim-məşq toplanışında qələbə də lazımdır, amma bizim əsas məqsədimiz çempionata tam hazır olmaqdır. Heyət yenidən qurulub. Bu oyun həm də psixoloji baxımdan qələbəni gətirdi”.

Həmin kateqoriyadan