Hərbçi güləşçilərin dünya çempionatının ilk günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal

Litvanın Klaypeda şəhərində hərbçi güləşçilərin 32-ci dünya çempionatı start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilərimizdən Qalib Əliyev (61 kq) 1-ci yer tutub.

Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq), Ağahüseyn Mustafayev (65 kq) və Coşqun Əzimov (70 kq) bürünc medal qazanıblar.

Qadınlarda Türkan Nəsirova (48 kq) gümüş mükafatla kifayətlənib.

Həmin kateqoriyadan