Həsən Əliyev hərbçi güləşçilərin dünya çempionu olub

Makedoniya paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi ilə güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir.

Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə meydan “klassiklər”ə verilib. Komandamız günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

71 kq-da Həsən Əliyev bütün görüşlərini qələbə ilə başa vurub. Kamran Məmmədov (66 kq) yalnız finalda uduzub. Murad Məmmədov (59 kq) və Sənan Əlimirzəyev (75 kq) bürünc mükafat qazanıblar.

 

Həmin kateqoriyadan