Həsən Mustafa: Azərbaycanda həndbol yeni inkişaf dövrünə qədəm qoyub

Bu gün İHF-nin prezidenti Həsən Mustafa Həndbol federasiyasının qonağı oldu. Allsport.az saytı xəbər verir ki,  onu “ABU-arena”da vitse-prezident Orxan Abbasov, baş katib Yusif Atakişiyev, olimpiya çempionu Rəfiqə Şabanova, şöbə müdiri İsgəndər Əsgərov və digər şəxslər qarşıladılar.

“Azərsu” və “Azəryol” arasında yoldaşlıq oyunundan sonra misirli mütəxəssis arenaya daxil olaraq, bir-bir komandaların heyət üzvləri ilə əl sıxıb görüşdü. O çıxışında bunu söylədi: “Azərbaycanda həndbol yeni inkişaf dövrünə qədəm qoyub.

Beynəlxalq yarışları çox keçirmək lazımdır. Özümdə zamanında həndbol oynamışam. Ölkənizdə bu idmçan növündə 3 olimpiya çempionu var. İndikilər öz üzərlərində yaxşı işləməlidilər ki, milli komandalara dəvət alsın”.

Həmin kateqoriyadan