Hacı Əliyev: 2-ci hissədə rəqibin yorulduğunu hiss edib, hücumu bir az da gücləndirdim

Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatında Hacı Əliyev (65 kq) baş mükafata sahib çıxdı. Allsport.az saytı xəbər verir ki, bu yarışda yüksək səviyyədə çıxış edən 3-qat dünya çempionumuz finalda 5 xal (1:6) geridə olmasına rəğmən, əzmkarlıq göstərib sona 40 saniyə qalmış ardıcıl xallar qazanaraq tutaşmanı 7:6 xeyrinə bitirib. Rio oyunlarının mükafatçısı qələbəsini belə şərh verib:

“İlyas Bəybulatov güclü idmançıdır. Rusiyalı rəqibim xeyli vaxtdır 65 kq-da çıxış edir. Görüşə istədiyim kimi başlamadım. Öz səhvimdəm ona 5 xal verdim. 2-ci hissədə rəqibin yorulduğunu hiss edib, hücumu bir az da gücləndirdim. Son saniyələrdə həmlələrim öz bəhrəsini verdi”.

Həmin kateqoriyadan