Hacı Əliyev sərbəst güləşimizdə yenə tarix yazdı, bu dəfə ilk 3-qat dünya çempionu oldu

Fransa paytaxtında güləş üzrə dünya çempionatı sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, qadınlardan sonra bu gün meydan “sərbəstlər”ə verilib. Digər 2 növlə müqayisədə, Firdovsi Umudovun komandası yarışa uğurlu başlayıb və yüksək nəticə qazanıb.

2-qat dünya çempionu Hacı Əliyev (61 kq) finala qədər Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərini tam üstünlüklə məğlub edib.

Həlledici tutaşmada Rio-2016-nın bürünc mükafatçısı rusiyalı Hacımurad Rəşidovla qarşılaşıb. Bu mübarizə də vaxtından əvvəl bitib. İstedadlı bahadırımız sərbəst güləşdə yenə tarix yazaraq, bu dəfə ilk 3-qat dünya çempionu olub.

86 kq-da Aleksandr Qostiyev 3-yer üçün görüşdə rusiyalı Vladislav Vəliyevlə üz-üzə gəlib və ona 1:3 uduzub. Mahir Əmiraslanov (75 kq) ilk mücadilədə gözlənilmədən özbəkistanlı Nadircan Səfərova uduzub (6:7).

Həmin kateqoriyadan